Uşaqların əşyalara bağlanması psixoloji haldır

A- A A+

Uşaqlar böyüdükcə onların fizioloji tələbatları ilə yanaşı beyninin inkişafını dəstəkləyən emosional tələbatlarının ödənilməsi də çox önəmlidir.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, uşaqlığın ilk çağlarında onlar təhlükəsizlikdə olmağa ehtiyac duyur. Ata-ananın uşağın üzünə baxaraq gülümsəməsi, sakit səs tonu ilə onunla danışması uşağın beynində “mən təhlükəsiz yerdəyəm”, “mən sevilirəm” düşüncələrini inkişaf etdirir. Bu davamlı şəkildə olarsa, uşağın valideynə güvənli bir şəkildə bağlanmasına imkan yaradır. Uşaqlar valideynlərə bağlıdır və böyüdükcə ata-anadan ayrılma zamanı bu bağlılığı başqa bir yönə istiqamətləndirmək üçün onları xatırladan bir əşyaya ehtiyac olur. Çünki ata-ana ilə uşaqlıq dövründə olan əlaqələrini, böyüyərkən da davam etdirməyə ehtiyac hiss edirlər. Bu səbəblə valideynlərinin olduğu və ya olmadığı hər bir mühitdə “kiçik adyal”, “yastıq” və ya “yumşaq oyuncaq” kimi əşyalardan asılılıq yaranır və onları özləri ilə gəzdirirlər. Psixologiyada bu əşyalara “keçid dövrü əşyası” adı verilib. Uşaqların 5 yaşa qədər bu əşyalardan istifadə etməsi normal sayılır. Hətta bəzən ilk dəfə dərsə başladığı zamanlar uşağın həmin əşyanı özü ilə daşıması normal sayılır. Bu hal onun yeni mühitə uyğunlaşmasına kömək edir. Lakin uşaqlar 8-9 yaşında keçid əşyası olmadan sakitləşə bilmirsə, mütləq psixoloqa müraciət edilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: