Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, son illər Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına dövlət qayğısı artıb. Nəticədə muxtar respublikada ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalı üçün münbit şərait yaradılıb. Digər tərəfdən isə fermerlər və təsərrüfat sahiblərinin bu istiqamətdə maraqlarını təmin etmək üçün müxtəlif layihələr həyata keçirilib. Sahibkarlıq fəaliyyətinin  davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının  davamlı olaraq yaxşılaşdırılması öz bəhrəsini verməkdədir.

Məhz buna görə, muxtar respublikada 2018-ci ilin yanvar-avqust aylarında 294 milyon manata yaxın  kənd təsərrüfatı məhsulları istehsal olunub.  Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə 14 min tona yaxın ət, 67 min tondan artıq süd istehsal edilib.  2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı isə 1,7 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: