Əcnəbilərin Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirin təşkil edilməsində  məqsəd əcnəbilərin muxtar respublika ərazisində müvəqqəti olması və yaşaması, əmək fəaliyyəti ilə məşğul olması, öz hüquq və vəzifələri ilə bağlı məlumat əldə etmələri, həmçinin muxtar respublikanın tarixini, mədəniyyətini və milli adət ənənələrini onlara  geniş şəkildə çatdırmaqdır.

Tədbir zamanı iştirakçılar Naxçıvan Televiziyasının hazırladığı Qarabağlar Türbə Kompleksindən bəhs edən  videoçarxa baxıblar.

Sonra əcnəbilərin Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil edilib. Türbə ilə tanışlıq zamanı  əcnəbilər kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Ekspozisiyada sərgilənən  Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri xüsusi marağa səbəb olub.

                                                                                Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: