Muxtar respublikada aktivlər kimlərə və hansı şərtlərlə verilir? - VİDEO
Muxtar respublikada məşğulluq proqramı uğurla davam etdirilir, bu sahə üzrə sosialyönümlü layihələr icra olunur. Bu ilin ötən dövründə 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 1107 ailənin özünüməşğulluğu təmin edilib.
Cari ilin 6 ayı ərzində isə ümumilikdə 862 nəfərə yaxın üzvü olan 182 ailənin özünüməşğulluğu təmin edilib.
Bəs aktivlər kimlərə və hansı şərtlərlə verilir?
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Sevgili Mustafazadə