İyulun 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 6, ikinci doza vaksin vurulmayıb, üç və daha çox doza vaksinlərin sayı 8, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 805 min 249, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 364 min 368, ikinci mərhələ üzrə 4 milyon 857 min 106, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 330 min 50, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 253 min 50-dir.