Çəki itirməkdə ən böyük rolu D, B və C vitaminləri oynayır

A- A A+

Orqanizmin normal fəaliyyətinin təmin edilməsi üçün bütün vitaminlər mütləq şəkildə vacibdir. Diyetoloqlar belə qənaətə gəliblər ki, bununla belə arıqlama məsələsində ən böyük rolu D, B və C vitaminləri oynayır. Onların araşdırmalarına görə, həmin siyahıya B vitamini başçılıq edir və bu, heç də təsadüfi deyil. Mütəxəssislər bunun həm doğru, həm də yanlış tərəfləri olduğunu bildirirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-diyetoloq Ofeliya İbrahimova deyib: “Orqanizmin bütövlüyü üçün D vitamini çox əhəmiyyətlidir və bir çox xəstəliklərin, o cümlədən piylənmənin yaranma səbəbidir. Hətta çəki artıqlığından əlavə çəki azlığına da təsir edir. Kimdəsə D vitamini çatışmazlığı varsa, bu heç də o demək deyil ki, onun iştahası çoxdur və artıq çəkisi var. Əksinə, onda D vitamini normadan aşağı ola və çəki azlığı müşahidə edilə bilər”.

Mütəxəssislərin fikrincə, D vitaminin azalması aktivliyin, eyni zamanda iştahanın artmasına səbəb ola bilər. Bunun isə arıqlamağa töhfə verməsi mümkün deyil.

Reytinqdə ikinci yeri B qrupu vitaminləri tutur: “Gündəlik olaraq balanslı qidalanma zamanı vitamin və minerallar çatışmazlığına rast gəlməmək olar. Xüsusilə maqnezium tərkibli və B qrupu kompleksi olan, xüsusilə S vitamini ilə zəngin olan qidalara üstünlük vermək lazımdır. B qrupu qanyaradıcı vitamindir, mal ətinin, göyərtilərin və səbzilərin tərkibində kifayət qədərdır”.

Həkimlərin dediyinə görə, C vitamini də arıqlamaq üçün faydalıdır, həmçinin bədəndə kollagenin sintezi funksiyasını yerinə yetirir, bu isə artıq çəkidən qurtulmağa kömək edir. Bundan başqa həmin vitamin bədənin hüceyrələrini sərbəst radikal oksidləşmədən qoruyan toxumalara gənclik və elastiklik verən ən vacib antioksidantlardan biridir və B qrupu vitaminləri kimi gündəlik olaraq qəbul edilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: