Bu ilin birinci yarısında muxtar respublikada 240 nəfərə elektron imza sertifikatı verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada 2022-ci ilin birinci yarısında 7-si vətəndaş, 30-u sahibkar, 24-ü hüquqi şəxs, 179-u isə dövlət qurumu olmaqla, ümumilikdə 240 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

İmzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72, dövlət qurumları üçün 58, sahibkarlar üçün 36, vətəndaşlar üçün 18 AZN təşkil edir. İstifadə müddəti isə 3 ildir.

Qeyd edək ki, elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatıdır. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: