Ahıllar tibbi müayinələrə cəlb olunublar - FOTOLAR

A- A A+

Muxtar respublikada ahıllara müxtəlif sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibbi heyəti tərəfindən Şahbuz rayonunun Ahıllar evi ziyarət olunub, onlar tibbi müayinələrə cəlb ediliblər. Tibbi müayinədə endokrinoloq, nevropatoloq, terapevt, LOR, laborator, cərrah və digər həkimlər iştirak ediblər.

Ümumi olaraq 5 ahılda 35 müayinə aparılıb və iki nəfərə muxtar respublika xəstəxanasında müayinə üçün göndəriş verilib.

Qeyd edək ki, aksiya çərçivəsində xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar və hər birinə şəxsi gigiyenik ləvazimatlar təqdim edilib.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: