“Naxçıvan Saray”da yeni avtopark qurulub - VİDEO
Yeni istifadəyə verilən, zirzəmi qatı ilə birlikdə 7 mərtəbədən ibarət “Naxçıvan Saray”da hotel, şadlıq sarayı, ofis, restoran, mətbəx və avtopark fəaliyyət göstərir. Bir sözlə, burada insanların rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Ən əsası isə Naxçıvan şəhərinə gələn qonaqların, eyni zamanda yerli sakinlərin avtomobillərini saxlamaları üçün burada qapalı avtopark qurulub. Avtopark 5 mərtəbədən ibarət 538 yerlikdir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov