Samux ərazisində zəlzələ qeydə alınıb

A- A A+

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: