Milax-Ləkətağ marşrut xətti Boyəhməd kəndinə qədər uzadılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsində qarşıdan gələn aylarda avtomobil nəqliyyatı sahəsində xidmətin intensivliyinin təmin edilməsi və yaranmış çətinliklərin aradan qaldırılması üçün seminar-müşavirə  keçirilib.

Tədbirdə qeyd edilib ki, payız-qış aylarnda avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişindaşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsl texnologiyalarından istifadə edilməsi işi də diqqətdə saxlanılır. Belə ki, hazırda Naxçıvan-Bakı marşrutunda işləyən avtobusların hamısına NAXTEL-4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Naxçıvan şəhərdaxili marşurutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.

Tədbirdə iştirak edən Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev vurğulayıb ki, təmsil etdiyi qurumun payız-qış mövsümünə hazırlıq komissiyası Sədərək rayonunun Heydərabad qəsəbəsində, Sədərək kəndində, Culfa rayonunun Ləkətağ, Boyəhməd kəndində  olub. Vətəndaşların rahatlığı üçün Milax-Ləkətağ marşrut xətti Boyəhməd kəndinə qədər uzadılıb.

Qeyd edək ki, hazırda Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə məxsus 23 NAZ-Lifan markalı taksi və 68 iritutumlu avtobus, eyni zamanda  fiziki şəxslərlə bağlanmış “icarə” müqaviləsi əsasında 36 mikroavtobus və 1 Mitsubişi markalı avtobus vətəndaşlara  sərnişindaşıma xidməti göstərir.

                                                                                   Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: