2022-ci ilin birinci yаrısındа Şərurda tikinti-quruculuq işlərinə 37 milyon 467 min 700 manat istifadə olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rаyоn İcrа Hаkimiyyətində 2022-ci ilin birinci yаrısındа görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Keçirilən müşavirədə icrа hаkimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında rayon icra hakimiyyəti orqanlarının qarşısına da mühüm vəzifələr qoyulub. Belə ki, şəhər və rayon icra hakimiyyətləri qurulanları qoruyub saxlamalı, abadlıq-təmizlik işlərinə nəzarət olunmalı, reyd komissiyalarının müəyyənləşdirdiyi nöqsanlar aradan qaldırılmalı, vətəndaşlarla iş gücləndirilməli, bələdiyyələr arasında sıx əməkdaşlıq qurulmalı, illik fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlar icarəyə verilməli, ərazilərin təmizliyi diqqətdə saxlanılmalıdır. Həmçinin icra hakimiyyətləri aid təşkilatlarla birgə əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, bununla bağlı müvafiq tədbirlər görməli, eyni zamanda dəmyə torpaqlarda taxıl əkini təşviq olunmalı, torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir.

Kamal Cəfərov qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb,  rayonun sosial-iqtisadi inkişafını təhlil edib. Bildirib ki, hesabat dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 656 min 800 manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1 faiz artaraq 37 milyon 467 min 700 manat təşkil edib. Cari ildə Mədəniyyət Sarayı, yenidən qurulması başa çatan Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Şərur rayonunda yerləşən 1-ci sərhəd komendantlığının xidməti və yaşayış kompleksi istifadəyə verilib. Hazırda isə Alışar kəndindəki Sərhəd Zastavasında və digər yerlərdə tikinti-quruculuq işləri davam etdirilir. Rayonda 4 min 38 hektar sahədə taxıl əkilib ki, bunun da 3 min 276 hektarını buğda, 762 hektarını isə arpa təşkil edib. Məhsuldarlıq orta hesabla 40,8 sentner olub.

İcra Hakimiyyətinin başçısı işdə yol verilən nöqsanlara da toxunub. Bildirib ki, 10 kənddə və dövlət ehtiyat fondunda olmaqla, ümumilikdə, 1302 hektar əkinəyararlı torpaq sahəsində əkin aparılmadığı məlum olub. Əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və bu sahələrdə taxıl əkininə üstünlük verilməsi üçün rayon icra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilməli, dəmyə torpaqlarda əkinçiliyin aparılması üçün lazımi işlər görülməlidir.

Kamal Cəfərov maliyyə, vergi, məşğulluq, rabitə, idman, nəqliyyat, turizm, energetika, mədəniyyət, qaz, statistika və digər sahələrdə görülən işləri də ətraflı təhlil edib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, fəaliyyət müzakirə olunub.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: