Ötən 6 ay ərzində muxtar respublikada 3048 abonent internetlə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır. Həyata keçirilən tədbirlər və artan tələbat fonunda Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEİ NGN tipli avtomat telefon stansiyalarının internet tutumları artırılıb ki. Bununla da 2700-dən artıq internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranıb. 2022-ci ilin ilk altı ayı ərzində ümumilikdə 3032 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə Naxçıvan şəhərində  16 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.

Qeyd olunanlarla yanaşı, internet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində müvafiq təhlillər aparılıb, müraciətlərə uyğun əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodiki köməkliklər göstərilib, rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınmasına dair yerlərdə monitorinqlər həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: