Naxçıvanda “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi keçiriləcək

A- A A+

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tələbə-gənclər təşkilatları ilə işin canlandırılmasından, təşkilatlar və onların üzvləri arasında rəqabətin formalaşdırılmasından, muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə tələbə-gənclərin iştiraklarının təmin olunmasında təşkilat sədrlərinin fəallığının artırılmasına stimul verməkdən ibarətdir. Müsabiqə dörd nominasiya üzrə keçiriləcək. Bunlar “Vətənpərvər” qısametrajlı film çəkilişi, “On/Off” video çəkilişi, “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yazma və muxtar respublikadakı gənclər bağlarında ayrılmış ərazilərə nümunəvi aqrotexniki qulluq göstərilməsi meyarını müəyyənləşdirən “Təbiətsevər” nominasiyalarıdır.

Yarışlarda iştirak edəcək gənclər tələbə-gənclər təşkilatları sədrləri tərəfindən müəyyənləşdiriləcək. Müsabiqə zamanı təşkilat sədrlərinin əsas vəzifəsi tələbələrin həmin yarışlarda iştirakını təmin etməkdir. Müsabiqədə iştirak etmək istəyənlər təhsil aldıqları müəssisələrin tələbə-gənclər təşkilatları sədrlərinə müraciət edə bilərlər. Yarışlarda ümumi nəticələr nəzərə alınaraq I, II və III yerlərə layiq görülən tələbə-gənclər təşkilatları müəyyənləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: