Birinci Qarabağ müharibəsi ilə bağlı əlillik dərəcəsi dəyişdirilən şəxslərə ödənişlər ən yüksək əlillik dərəcəsinə görə veriləcək

A- A A+

Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan şəxslərin bir qisminin əlillik dərəcələri bir neçə dəfə dəyişdirilib. Həmin şəxslərə birdəfəlik ödəmələr aldığı ən yüksək əlillik dərəcəsinə görə veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov avqustun 2-də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: