Sədərək rayonunun rabitə xətt təsərrüfatında təmir-bərpa işləri davam etdirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Sədərək rayonunun Heydərabad qəsəbəsində və kəndlərində rabitə xətlərinə və abunə qurğularına baxış keçirilib, rabitə kabellərindəki zədələnmələr, o cümlədən, xətlərdəki digər nasazlıqlar aşkar edilərək nöqsanlar aradan qaldırılıb. Həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək kəndinin bir neçə yaşayış məhəlləsində sakinlərin keyfiyyətli internet və rabitə xidmətlərindən istifadə etmələri üçün rabitə xətt təsərrüfatında təmir-bərpa işləri davam etdirilir. Yararsız vəziyyətdə olan taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, 650 metrə yaxın müxtəliftutumlu zədələnmiş kabellər yenilənir, 10 ədəd yeni rabitə dirəyi basdırılır, 2 ədəd abunə qutusu əlavə edilməklə xətlərdəki nasazlıqlar bərpa edilir.

Yaradılan  şəraitdən bəhrələnərək rayon sakinlərinin  keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: