Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə Distant Təhsil Mərkəzi yaradılır - FOTOLAR

A- A A+

Muxtar respublikamızda təhsil müəsissələrinin yenidən qurulması, şagirdlərin yüksək şəraitə və müasir infrastruktura malik məktəblərdə təhsil alması dövlətin əsas prioritet istiqamətlərindən biridir. Bu işlərin davamı kimi Naxçıvan şəhərindəki təhsil müəssisələrində də yenidənqurma və bərpa işləri aparılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yenilənən təhsil müəssisələrindən biri də Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdir. Təhsil müəssisəsində təmir-bərpa işlərinə iyun ayından başlanılıb.

3 mərtəbədən ibarət 414 şagird yerlik məktəbdə 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter otağı, hərbi kabinə, kitabxana  və idman zalı yerləşir.

Hazırda məktəbin sinif otaqlarında təmir işləri aparılır, binanın istilik, su və elektrik təchizatı tam yenilənir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2021- 2025-ci illərdə  Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət  Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə aparılan bərpa işlərilə yanaşı burada Distant Təhsil Mərkəzi də yaradılacaq. Mərkəz sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarının artırılmasına öz töhfəsini verəcək. 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: