İqtisad fakültəsində növbəti hamilik tədbiri keçirilib

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının növbəti görüşü Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin tələbələri ilə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Maliyyə nazirliklərinin fakültəyə uğurla hamilik etmələrindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün müvafiq nazirliklərdə hərətərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edilib.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

                                                                         Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: