Uşaqlar üçün “Kitabı sevin” səyyar sərgi keçirilib - FOTOLAR

229

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası məktəblilərin yay tətilində asudə vaxtlarının səmərəli təşkili məqsədilə növbəti “Kitabı sevin” şüarı ilə səyyar kitab sərgisi keçirib. 

Sərgidə oxunması zəruri olan kitablarla yanaşı, Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən roman, nağıl və dastanlardan ibarət 200-dən artıq ədəbiyyat nümayiş etdirilib. Xüsusilə uşaq ədəbiyyatlarından nümunələrə geniş yer verilib. Məktəblilərlə yanaşı, müxtəlif yaş kateqoriyasından olan sakinlər də sərgiyə böyük maraq göstərib, nümayiş etdirilən ədəbiyyatlarla maraqlanaraq mütaliə ediblər.

Gün ərzində 100-dən çox sakinin, o cümlədən məktəblinin qatıldığı sərgidə fəal iştirak edən 7 məktəbliyə oxucu biletləri təqdim edilərək kitabxananın oxucuları siyahısına qəbul edilib. 

Kitabxananın səyyar sərgiləri sentyabrın 15-dək davam etdiriləcək.

 Sevda Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: