Goranboyda zəlzələ baş verib

240

Avqustun 5-də Goranboyda zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: