Naxçıvanda şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır - VİDEO
Muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, bu kateqoriyadan olan vətəndaşlar mənzil və avtomobillərlə təmin olunurlar. Bu tədbirlərin davamı olaraq Şərur rayonunda Vətən müharibəsi şəhidləri Əli Yusifov və Məmməd Zamanlının ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu gün hər iki ailənin üzvləri ilə görüş keçirilib, mənzillərdə aparılan təmir işləri ilə tanışlıq olub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov