Özünüməşğulluq proqramı çərçivəsində daha 66 ailəyə aktivlər təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti mərhələdə 66 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 36 nəfərin hər birinə 2 baş iribuynuzlu, 13 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 6 nəfərə mini yerşumlayan aqreqat, 5 nəfərin hər birinə 10 yeşik arı ailəsi və arıçı ləvazimatları, 4 nəfərə otbiçən aqreqat, 2 nəfərə isə su motoru verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 30 nəfərini sağlamlıq imkanları məhdud şəxs, 4 nəfərini müharibə veteranı, 10 nəfərini şəhid ailəsi, 5 nəfərini nikahı pozulan, 1 nəfərini çoxuşaqlı ailənin üzvü olan, 3 nəfərini isə ailə başçısını itirənlər təşkil edib.

Aktivlərin sənədlərinin təqdimat tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, bugünədək 5305 üzvü olan 1142 ailənin özünüməşğulluğu təmin edilib və həmin ailələrə kənd təsərrüfatı, xidmət və istehsal sahələri üzrə aktivlər verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışıblar.   

Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Qeyd edək ki, bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiklərinə görə Şərur rayonunun Qarxun kənd sakini Afərin Allahverdiyeva və Şahbuz rayonunun Külüs kənd sakini Mehriban Quliyeva həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə onlara arpa-buğdaqıran aqreqat verilib.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: