Dünya Ürək Günü: “Mənim ürəyim, sənin ürəyin”

A- A A+

Sentyabrın 29-u Dünya Ürək Günüdür.

1999-cu ildən etibarən Dünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu günün təsis olunmasına Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər beynəlxalq qurumlar da dəstək olub.

Bu il Dünya Ürək Günü “Mənim ürəyim, sənin ürəyin” şüarı altında keçirilir.

NUHÇIXAN xəbər verir ki, 2011-ci ildən etibarən hər il Dünya Ürək Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.

Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqanlardan biridir. Həmin gün ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərinin genişləndirilməsi məqsədilə keçirilir.

Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 17 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. Statistikaya əsasən ötən il ölkəmizdə əhalinin 57,8 faizi ürək-damar xəstəlikləri nəticəsində dünyasını dəyişib. Bu xəstəliklərin yaranması əsasən yüksək təzyiq, qanda xolesterin və qlükozanın qeyri stabil səviyyədə olması, qidalanma zamanı təbii mənşəli vitaminlərin azlığı, piylənmə və ekoloji vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.

Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi, tütündən imtina, qida rejiminə və fiziki fəallığa nəzarət etməklə 80 faiz hallarda erkən infarkt və insult xəstəliklərinin qarşısını almağa kömək edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: