Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

A- A A+

Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.

NUHÇIXAN İnformasiya Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, spirtli içki insan orqanizminə mənfi təsir edərək orqanların funksionallığını pozur. Nəticədə, sağlamlıqla bağlı ciddi problemlər yaranır.

Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında əlaqə var. Alkoqolun qəbulu ürəyin işemik xəstəliyi, beyin-damar və qaraciyər problemlərini inkişaf etdirir. Bu səbəbdən yaranan qaraciyərin piylənməsi, hepatit və sirroz ən geniş yayılan xəstəliklərdəndir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: