Bu gün Azərbaycanda COVID-19 əleyhinə 1991 doza vaksin vurulub

A- A A+

Avqustun 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1991 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı 394, üç və daha çox doza vaksinlərin sayı 1082, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 182-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 841 min 97, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 476, ikinci mərhələ üzrə 4 milyon 860 min 68, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 353 min 237, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 257 min 316-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: