Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 61 min 234 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11.3-dən 12.3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.7, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələrdən 1726-sı əkiz, 87-si isə üçəmdir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İlin birinci yarısında ölkədə 32 min 589 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.5-dən 6.5-ə enib.