Son günlər diyarımızda yüksək hərarət müşahidə olunur. Xüsusilə günorta saatlarında günəşlə birbaşa təmasda olmaq səhhətinizdə müəyyən problemlərə səbəb ola bilər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, son günlər daha kəskin olan isti hava şəraiti avqustun 20-dək davam edəcək.
Son günlər havaların isti keçməsi ilə bağlı günvurma və istivurma halları da artıb. Diqqətə çatdıraq ki, isti yay günlərində bu cür sağlamlıq problemləri ilə üzləşməmək üçün təhlükəsizlik tədbirləri görülməlidir. Belə ki, günəş şüasından qorunmaq üçün bir sıra qaydalara əməl etməkdə fayda var. Xüsusilə günün ən isti saatlarında, 10:00-16:00 radələrində məcbur qalmadıqca Günəşlə birbaşa təmas halında olmaq məsləhət deyil.
Aygün Hüseynova