Vərməziyar kəndində müasir infrastruktur qurulur - VİDEO
Şərur rayonunun yaşayış məntəqələrində kompleks abadlıq-quruculuq işləri davam etdirilir.
Rayonun 1500 nəfər əhalisi olan Vərməziyar kəndində geniş quruculuq işləri aparılır. Kənddə yeni xidmət mərkəzi tikilir, kənd mərkəzi və məktəbdə əsaslı yenidənqurma işləri aparılır, digər infrastruktur layihələr həyata keçirilir.
Naxçıvan televiziyasının əməkdaşları Vərməziyarda aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov