Həddindən artıq Günəş vannası qəbul etmək dərinin vaxtından tez qocalmasına səbəb olur

249

Günəş şüalarının insan orqanizminə xeyri olsa da, onu zərərli formada qəbul etmək yolverilməzdir. Saatlarla Günəş vannası qəbul etmək dəridə gün yanıqları problemi, eyni zamanda sağalmaz xəstəliklərə səbəb ola bilər. Gün yanıqları adətən yüngül və sərt olsa da, dermatoloqlar belə halları çox təhlükəli hesab edirlər. Mütəxəssislərin sözlərinə görə, həddən artıq Günəş vannası qəbul etmək dərinin vaxtından tez qocalmasına səbəb olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-kosmetoloq Nüşabə Ağayeva deyib: “Günəş vannası ultrabənövşəyi şüaların təsirindən dərinin dərin qatlarında melonin toplanmasını çoxaldır, yəni dəri əvvəlki rəngindən daha tünd olur. Günəş şüalarından artıq istifadə etdikdə dəridə sekresiyanın artması səpgilərə, eritremiya və suluqların əmələ gəlməsinə aparıb çıxara bilər”.

İsti havalarda 3 yaşından kiçik uşaqları Günəş şüaları altında gəzintiyə çıxarmaq tövsiyə edilmir. Həkim-kosmetoloq belə havalarda gün ərzində körpələrə itirdikləri su miqdarını tənzimləmək üçün çoxlu maye içirməyi məsləhət görür: “6 yaşına qədər olan uşaqları havaya çıxaranda Günəşdən qorunmaq üçün başına geniş diametrli papaq taxılır, açıq rəngli nazik materialdan qolları və ayaqları örtən paltarlar geyindirilir, üz və əl dərisinə isə xüsusi qoruyucu kremlər çəkilir”.

Ona görə də yay fəslində günəş vannası qəbul edəndə müəyyən nüanslara fikir vermək lazımdır. Xüsusilə də gün ərzində günəş vannasının neçə saat və günün hansı vaxtlarında qəbul edilməsi vacib məsələdir. Böyüklər saat 4-dən, uşaqlar isə 5-dən sonra günəş vannası qəbul etməlidirlər.

Dermatoloqlar saat 11-dən 16-dək Günəş vannası qəbul etməyi məsləhət görmür, çünki həmin saatlarda ultrabənövşəyi şüalar daha şiddətli olur və dəri daha çox mənfi təsirlərə məruz qalır. Gün vannası qəbul edərkən günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: