Bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir

A- A A+

Vitamin D-nin kimyəvi adı kalsiferoldur. Uşaqların orqanizminin inkişafında mühüm rol oynayan bu vitamin immunitet sistemini gücləndirməklə yanaşı qanın normal laxtalanmasını təmin edir. İnsan orqanizmində sümük sağlamlığının qorunması üçün D vitamini əvəzsiz rol oynayır.

NUHÇIXAN İnformasiya Agentliyi Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir. Dəri günəş işığını sintez edir və onu D vitamininə çevirir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.

Süd, ayran, kefir, pendir, qatıq, kərə yağı, tuna balığı, qaraciyər, şirin kartof, balıq yağı, cəfəri, gicitkən, yulaf kimi məhsullar D vitamini ilə zəngindir.

Vitamin D çatışmadıqda orqanizmdə кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit, yaşlılarda isə osteoporoz хəstəliyi yəni sümük əriməsi probleminə səbəb olur. D vitamini çatışmazlığı insanda ümidsizlik, depressiya hallarına, sümük ağrılarına, tez-tez soyuqdəymə xəstəliklərinə səbəb olur, xroniki yorğunluq yaradır. Eyni zamanda bu vitaminin çatışmazlığı zamanı dəri, saç və dırnaqların vəziyyəti pisləşir, immun sistemi zəifləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: