Azərbaycanın futzal hakimləri UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıblar
Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı avqustun 24-29-da İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.
Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları avqustun 23-28-də Türkiyədə gerçəkləşəcək.