Bu gün Beynəlxalq Lal-Karlar Günüdür

A- A A+

Hər il sentyabrın son bazar günü Beynəlxalq Karlar Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib. Bu günün hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

Planetdə 2500 dil mövcud olsa da, son vaxtlar alimləri daha çox baxış və jestlərlə olan ünsiyyət forması maraqlandırır.

NUHÇIXAN xəbər verir ki, statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, onlardan təxminən 328 milyon nəfəri, o cümlədən 32 milyon eşitmə qabiliyyətini uşaq vaxtı itirənlərdir.

Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.

1760-cı ildə rahib de Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.

Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətəuyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi. Məşhur “Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən” frazası ona məxsusdur.

Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.

Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: