Sakaryanın “Avropa-2023 İdman Şəhəri” titulu üçün namizədliyi irəli sürülüb

A- A A+

Türkiyənin Sakarya şəhəri “Avropa-2023 İdman Şəhəri” titulu üçün Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müraciətin dəyərləndirilməsi məqsədilə Milli Məclisin Gənclər və idman komitəsinin, həmçinin “ACES Europe” qiymətləndirmə qrupunun üzvü Müşfiq Cəfərov qurumun digər əməkdaşları ilə birlikdə Sakarya şəhərinə səfər edib.

Səfər zamanı şəhərin bələdiyyə rəhbəri Ekrem Yüce və şəhərin idman həyatı ilə bağlı rəhbər şəxslərlə görüşlər keçirilib, idman qurğuları və mərkəzləri ilə tanışlıq olub. Həmçinin V İslam Həmrəyliyi Oyunlarının Sakarya şəhərindən olan qalib və iştirakçıları ilə də görüşlər keçirilib.

Sakarya bu titula layiq görüləcəyi təqdirdə, bu il dekabrın əvvəlində Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentinə dəvət ediləcək və titulla təltif olunacaq.

Qeyd edək ki, “Avropa İdman Şəhəri” titulunu Azərbaycanda ilk dəfə 2019-cu ildə Gəncə şəhəri əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: