Müəllim və valideynlərə məktəbli ləvazimatları sərfəli qiymətlərlə təklif olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ötən ildən Naxçıvan şəhərindəki Kitab Evində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində məktəbli ləvazimatlarının sərfəli qiymətlərlə satışı həyata keçirilir. Yeni tədris ilinin başlanması ərəfəsində mərkəzdə məktəblilər üçün lazım olan bütün ləvazimatları sərfəli qiymətlərlə əldə edə bilərsiniz.

Mərkəzdə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunan elmi ədəbiyyatlar, oxunması zəruri olan kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan məhsulların sərgi-satışı həyata keçirilir. 

Mərkəzdə məktəbli ləvazimatlarının uyğun qiyməti və çeşid zənginliyi alıcı marağını artırır. Dərs ilinə hazırlıqla əlaqədar mərkəzdə müəllimlər və valideynlərə çantalar 8 manatdan başlayan qiymətlərlə, məktəbli kitabçaları, lüğətlər 1 manat 50 qəpikdən 2 manat 50 qəpiyə, müəllimin dərs planı 2 manatdan 5 manata, həmçinin digər məhsullar da daha sərfəli qiymətlərlə təklif olunur.     

Xatırladaq ki, Naxçıvanda sentyabrın 1-dən 15-dək məktəbli yarmarkaları keçiriləcək. Yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda, həmçinin muxtar respublikanın rayon mərkəzlərində təşkil olunacaq. Ötən il olduğu kimi, bu il də “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi yarmarkada çeşid-çeşid məhsulları ilə iştirak edəcək.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: