FHN: Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri görülür.
Yanğın hadisəsi ilə bağlı əlavə məlumat veriləcək.