Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq. Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək enəcək. Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə həm insanların, həm də təbiətin həsrətində olduğu yağışlar gözlənilir.