Ordubadın Qədim Cümə məscidinə yeni həyat verilir - VİDEO
Muxtar respublikada dini-mənəvi dəyərlər daim uca tutulur. Son illər yeni məscidlərin inşası, mövcud dini ocaqların əsaslı bərpa və yenidən qurulması da islami dəyərlərə hörmət və ehtiramın əyani ifadəsidir. Bu işlərin davamı kimi Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işləri davam etdirilir.
Naxçıvan televiziyasının əməkdaşları məsciddə aparılan bərpa işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov