Naxçıvanda təlim-tədris müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb - VİDEO
Yeni tədris ili ərəfəsində muxtar respublikanın təlim-tədris müəssisələrində yoluxucu xəstəliklər, virus infeksiyalarına qarşı tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Bu gündən təhsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov