Şahbuzda Beynəlxalq Ahıllar Günü qeyd edilib - FOTOLAR - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüş keçirilib. 

Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov iştirak edib. Vurğulanıb ki, muxtar respublikada ahılların sağlamlıqlarının qorunmasına, yaşayışlarının yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reablitasiya xidmətləri göstərilir. Ahıllar evində də sakinlərin rahat yaşaması üçün hərtərəfi şərait yaradılıb.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu sakinlər qarşısında konsert proqramı ilə çıxış edib. Sonda Ahıllar Evinin  sakinlərinə hədiyyələr təqdim olunub.   

  Qeyd edək ki, 1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahılların iştirakı ilə tədbirlər keçirilib.

Novruz Məmmədov

                                                                         

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: