Naxçıvanda təlim-tədris müəssisələrində dezinfeksiya tədbirləri davam edir - VİDEO
Muxtar respublikada yoluxucu xəstəliklər, virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər davamlı olaraq aparılır. Genişmiqyaslı dezinfeksiya işləri nəticəsində diyarımızda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Yeni tədris ilinə hazırlıqla əlaqədar dünəndən etibarən təlim-tədris müəssisələrində tibbi-profilaktik tədbirlərə start verilib.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov