Hidrometeorologiya idarəsi üçün yeni bina inşa olunur - VİDEO
Muxtar respublikamızın quruculuq xəritəsi ilbəil genişlənir. Aparılan tədbirlər idarə və müəssisələri də əhatə edir. Hazırda Hidrometeorologiya idarəsi üçün yeni bina inşa olunur.
4 mərtəbədən ibarət binanın daxilində və fasadında alçı, suvaq və digər tikinti işləri görülür.
Naxçıvan televiziyasının əməkdaşları aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov