Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki,Daimi qeydiyyatı Laçın şəhərində, Qayğı qəsəbəsində, Qarıkaha kəndində olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğuda iştirak etməmiş vətəndaşlardan aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
0559001205;
0559001214;
0559001227;
0559001228;
0559001229;
0559001230;
0559001231;
0559001233;
0559001259;
0559001505.