Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin sentyabr ayında bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il 5 sentyabr qərarları ilə “Gömrük yığımlarının məbləğləri”ndə və “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli qərarları ilə “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilib, Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra normativ-hüquqi aktlar qəbul edilib. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 19 sentyabr tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişikliklər edilib.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: