Naxçıvanda yeni məscid kompleksinin inşası davam etdirilir - VİDEO
Naxçıvan şəhərindəki yeni inşa olunan məscid kompleksi istifadəyə verildikdən sonra burada eyni vaxtda 5 min nəfərin ibadət etməsi üçün şərait yaradılacaq. Ümumi olaraq 6400 kvadratmetr sahəni əhatə edən dini kompleks milli və Şərq Memarlığı üslubunda inşa edilir. Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati bina və iki mərtəbəli mərasim evi yerləşəcək. 15 günbəzli məsciddə günbəzlərin hündürlüyü 12, minarələrin hündürlüyü isə 40 metrdir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov