Təlim-tədris müəssisələrində dezinfeksiya işləri davam etdirilir - FOTOLAR

A- A A+

İnfeksiyaların muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq tədbirlər planına uyğun olaraq infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təlim-tədris müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.

Tərtib edilən qrafik əsasında dünən və bu gün Naxçıvan şəhərində 5, 7, 10, 12 və 17 nömrəli tam orta məktəblərin, Qızlar Liseyinin ətrafı, sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman zalları və digər yerlər dezinfeksiya edilib.

Muxtar respublikanın rayonlarının şəhər, qəsəbə və kəndlərdəki tam orta, uşaq musiqi, şahmat məktəblərində də tibbi-profilaktik tədbirlər icra edilib.

Qeyd edək ki, dezinfeksiya işləri sentyabrın 10-dək Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələrində davam etdiriləcək.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: