Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada suvarmanı mütəşəkkil təşkil etmək məqsədi ilə tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarda, hidrotexniki qurğularda təmir-bərpa işlərinin aparılması, kanallarda, arxlarda, kollektor və drenaj kanallarının lildən təmizlənməsi ötən dövrdə də diqqət mərkəzində saxlanılıb. Su tutarlarında tələb olunan təmir işləri aparılıb və suvarma suyundan istifadəyə nəzarət artırılıb.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası ərazisində olan Arpaçay su anbarına 130,8 milyon m3, Heydər Əliyev su anbarına 32,7 milyon m3, Bənəniyar su anbarına 15,4 milyon m3, Uzunoba su anbarına 7,2 milyon m3, Sirab su anbarına 4,6 milyon m3 olmaqla, ümumilikdə, sututarlara 195,3 milyon m3 su ehtiyatı yığılıb.
Su istifadəçilərinə 225,8 milyon m3 su verilib, bunun müqabilində 188273 ha torpaq sahəsi suvarılıb.
Cari aylarda 189 km beton və torpaq kanal, 252 km ara arxlar lildən təmizlənib, 62,7 km yeni suvarma boru xətti, 9 km yeni içməli su xətti çəkilib, 17 km suvarma boru xətti, 46,6 km içməli su xətti təmir-bərpa olunub.