Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək

A- A A+

Sentyabrın 7-nə olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb. Arabir yağan leysan xarakterli yağış Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51 (aylıq normanın 86 faizi), Şəkidə 47 (aylıq normanın 32 faizi), Qaxda 42 (aylıq normanın 50 faizi), Oğuzda 38 (aylıq normanın 28 faizi), Astarada 35 (aylıq normanın 70 faizi), Zaqatalada 33 (aylıq normanın 28 faizi), Qəbələdə 32 (aylıq normanın 25 faizi), Balakəndə 31 (aylıq normanın 26 faizi), Yardımlıda 19, Lerikdə 12, Şəmkirdə 11, Qusarda 10, Ləzədə 9, Şahdağda 8, Şabran, Qubada 7, Xaltan, Qrız, İsmayıllıda 6, Altıağacda 5, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1, Bakıda və Abşeron yarımadasında: Maştağada 9, Bakıda 4, Neft Daşları, Binədə 2, Çilov adası, Pirallahıda 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, Neftçala, Culfada saniyədə 20, Hacıqabulda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Çilov adasında 19, Pirallahı, Sumqayıtda 18, Neft Daşları, Binədə 16 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: