Naxçıvanda məktəbli yarmarkaları davam etdirilir - VİDEO
Muxtar respublikada yeni tədris ilinə hazırlıqla əlaqədar sentyabrın 1-dən başlayan məktəbli yarmarkaları davam etdirilir.
Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda təşkil edilən yarmarkada 22 sahibkarlıq subyekti keyfiyyətli geyim və ləvazimatlar satışa çıxarır. Yarmarkada 50 adda dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Hafizə Əliyeva