Naxçıvanda polis məktəb kompleksi tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, may ayından Naxçıvan şəhərində polis məktəbi üçün kompleks tikilir. Məktəb kompleksində tədris korpusu, qərargah, yeməkxana və yataqxana binaları inşa olunur.

Tədris korpusunda sinif otaqları, laboratoriyalar, elektron sinif, kitabxana və digər otaqlar fəaliyyət göstərəcək. İkimərtəbəli tədris korpusunda  orta ixtisas təhsilli polis əməkdaşlarının hazırlanması üçün ən müasir şərait yaradılır. Polis məktəbi üçün tikilən kompleksin ərazisində yaşıllıqlar salınacaq və müasir işıqlandırma sistemləri qurulacaq.

Qeyd edək ki, muxtar respublikada çoxmərtəbəli ictimai yaşayış binaları da əsaslı təmir olunur. İndiyədək bu sahədə Naxçıvan şəhərində də  xeyli iş görülüb. Hazırda Zəroş Həmzəyeva küçəsindəki 3, Nizami küçəsindəki 38, Əliqulu Qəmküsar küçəsindəki 1A nömrəli binalarda  təmir işləri davam etdirilir. Bir neçə gündür ki,  İstiqlal küçəsindəki 123 nömrəli binada  da təmir işlərinə başlanılıb.

Təmir olunan binaların həyətləri də abadlaşdırılır, yaşıllıqlar salınır, müasir işıqlandırma sistemləri qurulur.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: