BMT-nin Baş katibi: Çirklənmiş hava problemi planetdəki insanların 99 faizini əhatə edir

A- A A+

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Mavi səma üçün təmiz hava Günü ilə bağlı müraciətində xatırladıb ki, bu ilin iyul ayında Baş Assambleya hər kəsin təmiz, sağlam və davamlı ətraf mühit hüququnu tanıyan qətnamə qəbul edib. NUHÇIXAN İnformasiya Agentliyi bu barədə BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir.

“İndi təmiz hava insan hüququdur. Sabit iqlim – insan hüququdur. Sağlam təbiət – insan hüququdur. Lakin havanın çirklənməsi səbəbindən milyardlarla insan hüquqlarından məhrum olur. Çirklənmiş hava problemi planetdəki insanların 99 faizini əhatə edir”, – deyə BMT-nin rəhbərinin müraciətində qeyd olunur.

BMT ekspertləri havanın çirklənməsini “görünməz qatil” adlandırırlar. Onun təsirindən hər il yeddi milyon insan ölür. Çirkli hava hamiləlik dövründə tənəffüs, yoluxucu və ürək xəstəliklərinin, insult, ağciyər xərçəngi və fəsadların səbəbidir. Çirkli hava ilə nəfəs alan uşaqlarda daha çox astma, xroniki ağciyər çatışmazlığı, böyümə geriliyi, şəkərli diabet, uşaqlıqda piylənmə və əqli gerilik müşahidə olunur.

“İqlim dəyişikliyi və havanın çirklənməsi ölümcül birləşmədir”, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib. O, bütün ölkələri havanın çirklənməsi ilə mübarizədə səylərini birləşdirməyə, bərpa olunan enerji mənbələrinə daha çox sərmayə qoymağa və qazıntı şəklində çıxarılan yanacaqdan dərhal imtina etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: